Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Azərbaycanda ağır yol hadisəsi baş verib

Azərbaycanda iki avtomobilin toqquşması nəticəsində dörd nəfər ölüb, 2 nəfər yaralanıb
Baxı - Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün günün ikinci yarısında qeydə alınıb. Samux rayonunun Qovlar Sarı kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Xəlilovun idarə etdiyi “QAZ 24” markalı avtomobillə, Şəmkir rayon Sabirkənd kənd sakini, 1947-ci il təvəllüdlü Rəsul Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Qəza nəticəsində “QAZ-24”ün sərnişini, Samux rayonunun Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, “VAZ 21011” markalı avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə dünyalarını dəyişiblər. “QAZ 24”-ün sürücüsü, Elçin Xəlilov və “VAZ 21011”-də olan bir sərnişin bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər./apa/
1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat