Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Alimlər 715 yeni planet aşkarlayıblar

Tapılan planetlərdən dördündə həyatın olması ehtimal edilir

NASA rəsmi olaraq bildirib ki, yeni kosmik teleskop “Kepler”in yardımı ilə Günəş sistemindən kənarda 715 yeni planet aşkarlayıb.

Teleskop göstəricilərin yoxlanması zamanı yeni üsuldan istifadə edir. Kəşf edilmiş planetlər Günəş sistemindən kənarda yerləşən 305 ulduzun ətrafında fırlanır.

Mütəxəssislər qeyd edirlər ki, bu, elmdə çox önəmli irəliləyişdir və onun bizim zamanın ən böyük kəşfi adlandırmaq olar. NASA-nın hesabatında bildirilir ki, tapılan planetlərdən dördü Yerdən böyükdür, amma bu, 2,5 dəfədən artıq deyil. Həmin planetlər öz ulduzlarının məskunlaşmış fəzasında fırlanırlar. Astronomların fikrincə, ulduzların şüalandırdığı bu istilik fəzası həmin planetlərdə suyu maye halda saxlayır və aşkarlanmış bu planetlərdə həyatın olması ehtimalı var.

Alimlərin fikrincə, məskunlaşma fəzasında yerləşən planetlərdən biri diqqəti daha çox çəkir. Kepler-296f adlandırılan həmin planetin ölçüsü bizim Günəşdən iki dəfə kiçik olan ulduz ətrafında fırlanır. Həmin planetin özünün ölçüsü Yerdən iki dəfə böyükdür. Planetin üzərində örtük var və alimlər hələ ki, bunun qaz və ya dərin su qatı olduğunu müəyyən edə bilmirlər./ans/
1571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...