Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Müşfiqabad məscidi ilə bağlı yeni xəbər var

Məscidin dini icmasının işinə rəsmi olaraq ötən gündən xitam verilsə də icmanın işini köhnə qaydada davam etdirdiyinin şahidi olduq

Bir müddət əvvəl fəaliyyətində ciddi nöqsanlar aşkarlanan Müşfiqabad məscidi ilə bağlı yeni xəbər var.

Fəaliyyəti dayandırılan dini icmanın yenisi ilə əvəzlənməsi üçün sənədlərini qaydaya salması gərəkdir.

Müşfiqabad məscidinə günorta namazından sonra çatdıq. Məscidin dini icmasının işinə rəsmi olaraq ötən gündən xitam verilsə də icmanın işini köhnə qaydada davam etdirdiyinin şahidi olduq. Adı daha çox azərbaycanlı gənclərin Suriyaya döyüşlərə cəlb olunmasında hallanan məscidin icma nümayəndələri fəaliyyətləri ilə bağlı hər hansı məlumat vermək istəməsələr də ətrafda yaşayan sakinlərdən öyrəndik ki, məsciddə həmişəki qaydada namaz qılınır, cümə günləri xütbələr oxunur, müxtəlif dini ayinlər icra olunur.
Dini Qurumlarla iş üzrə dövlət komitəsi isə fəaliyyətinə xitam verilən icmanın hələ də işini davam etdirməsindən xəbərsiz olduğu deyir. Bu məsələ ilə bağlı qurum danışmaqdan qəti imtina etdi.

Bildirək ki, qurumda məscidin yeni icmasının yaradılması haqda qərar verilib. Bu məqsədlə hətta təşəbbüs qrupu yaradılıb. Dövlət komitəsi yeni icmanın sənədlərini qanunun tələblərinə uyğun olaraq QMİ-nin təqdimatı ilə quruma daxil olduğu halda onun qeydiyyat məsləsinə baxılacağını bəyan edir./ans/
1327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15