Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Suriyada hökumət ordusunun qurduğu pusquda 20 silahlı öldürülüb

Bu dəfə pusquya Şərqi-Qutadan əl-Qələmun yüksəkliklərinə gedən silahlılar düşüb

Suriyada Dəməşqətrafı əyalətdə hökumət ordusu silahlıların daha bir dəstəsini pusquya salıb.

İnterAz-ın SANA agentliyinə istinadla verdiyi xəbərə görə, bu dəfə pusquya Şərqi-Qutadan əl-Qələmun yüksəkliklərinə gedən silahlılar düşüblər. Onlardan ən azı 20-si ölüb, xeyli sayda silahlı isə yaralanıb.

Yeri gəlmişkən, hökumət ordusunun əl-Qələmun yüksəkliklərindəki strateji Yəbrud rayonu ətrafında apardığı əməliyyatlar daha geniş vüsət alıb. Belə ki, ordu Livan ərazisindən ölkəyə keçən silahlıların qarşısını almaq üçün Yəbrudu ələ keçirmək məcburiyyətindədir.

Bildirək ki, iki gün əvvəl Dəməşqətrafı əyalətdə silahlılara qurulmuş pusquda 175 nəfər öldürülüb.
1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı