Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Eynulla Fətullayev “casus siyahısı”nın davamını yaymayacaq

Jurnalist hadisələr başqa istiqamətə getdiyinə görə ardını dərc etməyə lüzum görmür
Eynulla Fətullayev “ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” başlıqlı yazısının davamını çap etmək fikrində deyil. Jurnalist “casus siyahı”sının növbəti hissəsini ictimaiyyətə təqdim etməyəcək. Bu barədə E.Fətullayev “Yeni Müsavat”a danışarkən qeyd etdi. Onun sözlərinə görə, siyahının davamını dərc etməməsinin səbəbi proseslərin fərqli istiqamətdə cərəyan etməsidir:

“Biz bu haqda yazdıq, oxucuların nəzərinə çatdırdıq. Düşündük ki, oxucular üçün maraqlı ola bilər. Amma hadisələr başqa istiqamətə getdi. Xüsusilə Xədicə İsmayılovanın prokurorluğa çağırılması, dindirilməsinə başlandı. Təbii ki, bu yolverilməz haldır. Ona görə də siyahının davamını çap etmək fikrimiz yoxdur”.

E.Fətullayevin sözlərinə görə, ona hüquq-mühafizə orqanlarından araşdırma üçün siyahını tələb etməyiblər: “Hətta tələb etsələr belə, mən onun təqdim etməkdən imtina edəcəyəm. Bir jurnalist kimi mənbələrimi qorumaq və onları təqdim etməmək hüququm var. Ona görə də nə məndən bunu tələb edən olub, nə də edən olsa verəcəm”.

Xatırladaq ki, jurnalistin yaydığı məlum yazıda iddia olunur ki, “casus siyahısı” Amerika kəşfiyyatı və xüsusi xidmət orqanlarına ötürülüb. İddia olunur ki, siyahıda hakimiyyətlə əlaqələr quran, onlarla əməkdaşlıq edən müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərinin adları var. Siyahının jurnalist Xədicə İsmayılova tərəfindən Vaşinqtona ötürüldüyü deyilir.
1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı