Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Deputat oğlunun Bakıda maşın gülləbaran etməsi xəbəri yayıldı

Ötən ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə «Qaçqınkom»un nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılan deputat Ayaz Orucovun oğlu Bakıda olay yaradıb.

Etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə deputatın oğlu bahalı «Mercedes» avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövslədən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.

Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Hadisəni törədən şəxsin kimiliyi məlum olandan sonra işi «sakit» formada həll etməyə qərar veriblər. Mənbənin məlumatına görə hadisə Binəqədi rayon Polis İdarəsində araşdırılıb. Zərərçəkən sürücü 30 min manat kompensasiya aldıqdan sonra iş bağlanıb.
1246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10