Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Tibb Universitetinin yataqxanasında yanğın – Foto

Azərbaycan Tibb Universitetinin 5 nömrəli yataqxanasında yanğın baş verib.

Yanğın nəticəsində üç nəfər zəhərlənib.

Yanğının yataqxananın dördüncü mərtəbəsində müşahidə olunduğu bildirilib. Yanğından baş verən yataqxanada Tibb Universitetində təhsil alan xarici vətəndaşlar yaşadığından xəsarət alanlar da xarici vətəndaşlardır. Onlardan birinin Türkiyə, digərinin isə İspaniya vətəndaşı olduğu təxmin edilir. Üçüncü şəxsin kimliyi isə hələ də bəlli deyil. Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.

Yanğının söndürülməsindən yarım saat sonra tibb işçiləri hadisə yerinə çatıblar. Hazırda zəhərlənən vətəndaşların 1 nömrəli şəhər xəstəxanasına yerləşdirildiyi bildirilir./axar/
1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
14.01.17, 10:09