Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Zərdüşt Əlizadənin Orxan haqda dedikləri

«Orxan Zeynalov mədəniyyətsiz, kobud, vicdansız və məsuliyyətsiz adamdır. Onun törətdiyi qətl Rusiyadakı mənfəət axtaran qrupların əlinə fürsət oldu». Bu sözləri Avropa.info-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq bildirib ki, Rusiya hakimiyyətinə bağlı olan həmin qruplar qatilin azərbaycanlı olmasından istifadə edib, siyasi xal qazanmaq istəyirlər, millətçi qüvvələri qızışdırıb azərbaycanlılara qarşı kampaniyaya başlayıblar. Z.Əlizadənin fikrincə, Rusiya Daxili İşlər Nazirliyi də operativlik qabiliyyətini nümayiş etdirmək üçün O.Zeynalovun həbsini tez və heç bir qayda gözləmədən həyata keçirdi: «Bir yaramazın əməlinə görə bir çox azərbaycanlının calışdığı gəlirli biznes sahəsini mənfəətçi qruplar ələ keçirməyə calışırlar». Bir qatilin cinayəti bütün Rusiyadakı azərbaycanlılara qarşı kampaiyaya, onların bizneslərinin əllərindən alınmasına ictimai əsas yaratdı» — deyə Z.Əlizadə əlavə edib. Politoloq sözügedən hadisə ilə bağlı Moskvadakı səfirliyimizin fəaliyyətinə də qiymət verib: «Səfirlik səmərəsizliyini göstərdi».
1886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...