Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Tibb işçilərinə hücum: 12 ölü

Pakistanda içərisində tibb işçiləri olan avtobus partladılıb. Hadisə Əfqanıstan ilə sərhəddə yaxın ərazidə, Camrud şəhərində baş verib. Terror aktı nəticəsində 12 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Yolunda bomba partladılan avtobusdakı tibb işiləri poliomielit xəstəliyinə qarşı əhalini vaksinasiya etməyə gedirdilər.
Hələlik hadisəyə görə, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, pakistanda tibb işçilərinə anoloji hücumlar tez-tez təşkil edilir. Nəticədə nəinki tibb işçiləri, onları mühafizə edən polislərdə ölürlər.
Pakistan uşaqların hələ də poliomielitdən əziyyət çəkdiyi az sayda ölkələrdən biridir. Hakimiyyət tez-tez tibb işçilərindən ibarət dəstələri xəstəliklə bağlı vaksinasiya aparmaq üçün müxtəlik rayonlara göndəririlər. Lakin həkimlər yerli əhalinin etirazları ilə qarşılaşırlar. Dini radikallar peyvəndə qarşı çıxır edirlər, onun İslam dəyərlərinə zidd olduğunu iddia edirlər.
1371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP