Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

İran İslam Respublikası nüvə silahını haram sayır

“Assoşeyted Press” agentliyi xəbər verir ki, İran İslam Respublikası nüvə silahı istehsalından imtina edib.

Bu barədə ölkə prezidenti Həsən Ruhani elan edib. İranın nüvə silahı istehsalından imtinasına isə dini səbəb gətirib. H. Ruhani bildirib ki, bu tip fəaliyyət İranın dini inancına və “etik prinsiplər”inə uyğun deyil.

Bundan əvvəl də Ali Dini Lider Ayətullah Əli Xamenei nüvə silahlarının istehsalını və istifadəsini qadağan edən dini fərman imzalayıb. O, bunun günah olduğunu elan edib.

ABŞ və müttəfiqləri İranı nüvə silahı istehsalına hazırlaşmaqda ittiham edirdilər. İran isə bu ittihamları inkar edib.
1325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP