Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual: Salamun əleykum. Kiçik və böyük günahları bir-birindən necə fərqləndirmək olar?

Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Səğirə və kəbirə günahlar Quran ayələrində fərqləndirilmişdir: “Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı örtərik.” Bəs günahın böyüklüyü hansı ölçü ilə təyin olunur?
Fəqihlərimiz deyirlər ki, istər kiçik olsun, istər böyük, Allahın əmri ilə müxalifətçilik böyük günahdır. Bununla belə günahlar iki dəstəyə bölünmüşdür: kəbirə günahlar, səğirə günahlar. Bu günahları bir-birindən fərqləndirmək yolu çoxdur. Əgər bir günaha görə Quranda və rəvayətlərdə əzab vəd olunmuşsa, bu günah böyük günahdır. Məsələn, günahsız insanın öldürülməsi böyük günahdır. Quran bu barədə buyurur: “İmanlı şəxsi bilərəkdən öldürənin cəzası cəhənnəmdir.”
Başqa bir qrup alimin fikrincə, ciddi şəkildə qadağan olunan günahlar da kəbirə günahlardır. Bu əsasla da Quranda əzab vəd edilməmiş bəzi günahları da böyük günahlar cərgəsinə daxil etmişlər.
Məsələn, sələm haqqında Quranda belə buyurulur: “Bilin ki, Allah və Onun rəsulu sizinlə (bu işə görə) savaşa qalxacaqdır.” İslam şəriətində sələmçiliyin böyük günah sayılması üçün belə bir ifadə kifayət sayılmışdır. Hətta rəvayətlərdə də bu günaha görə əzab vəd edilməmiş olsaydı, ayədəki sərt bəyanat sələmin haram sayılması üçün yetərdi. Demək, eyni bir günah həm böyük, həm də kiçik ola bilməz. Əgər günah müqabilində əzab vəd olunmuşsa və ya bu günah sərt şəkildə qadağan edilmişsə, onu kəbirə günah saymalıyıq.

Allah sizə yar olsun.

1493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı