Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Kliçko Ukraynanı səfərbərliyə çağırıb

"UDAR" partiyasının lideri Vitali Kliçko Rusiyanın hərbi təcavüzü ilə bağlı Ukraynada ümumi səfərbərlik elan edilməsini tələb edir. Kliçko prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova müraciət edərək hərbi təcavüzlə bağlı təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə ərizə ilə müraciət etməyi təklif edib.

"UDAR" lideri Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin ləğvini gündəmə gətirməyi zəruri hesab edir. Kliçkonun sözlərinə görə, Rada Budapeşt memorandumunun təmin edilməsi üçün zamin dövlətlərə onların öz öhdəliklərini yerinə yetirməsi üçün müraciət etməlidir.
1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber