Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Yeməkdən sonra çay içməyin

Məlumata görə yeməkdən sonra çay və kofe içmək düzgün seçim deyil.
Bu insan səhhətində müxtəlif narahatlıqlara və problemlərə səbəb olur.
Giresun Universitetində fəaliyyət göstərən Dr. Nezih Küçükarslan, bir çoxlarının yeməkdən sonra çay içmə vərdişini az qala ənənə halına gətirdiklərini misal gətirib və bunun insan sağlamlığına olan mənfi tərəflərindən danışıb. Onun sözlərinə görə bu cür adətlər həzm sisteminə təsir göstərir, qan dövranının istənilən səviyyədə işləməsinə maneə törədir. Bu zaman həzm prosesində müxtəlif narahatlıqlar yaranır. Qəbizlik halları olmasa da yaranan qaz səbəbindən həzmdə çətinləşmələr olur. Bu cür insanlarda yuxuya meyillilik digər insanlara nisbətən yüksəkdir. Həmçinin onlarda iflicə tutulma riski çox olur. Məhz, buna görə düzgün həyat tərzinə yiyələnmək və qidalanma prosedurlarına əməl etmək vacibdir. Sağlam olmaq üçün mütəxəssislər yeməkdən 1 saat sonra çay və ya kofe içməyi məsləhət görürlər.
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:36