Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Ukraynada ümumi hərbi səfərbərlik elan olunub

Ukraynada bu gündən etibarən ümumi hərbi səfərbərlik başlanır.

“RBK”-nın verdiyi xəbərə görə, bu barədə Birinci Milli Telekanalın efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy bəyan edib.

Məlumata görə, ümumi səfərbərlik Rusiya tərəfindən hərbi müdaxilə təhlükəsinin olması ilə bağlı elan olunub.

Andrey Parubiy Facebook səhifəsində qeyd edib ki, ümumi səfərbərlik bu gün yerli vaxtla 08.00-da (Bakı vaxtı ilə 10.00-da) başlanır. Twitter səhifəsində isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ümumi hərbi səfərbərlik haqqında qərarın bu səhər dərc olunacağını qeyd edib.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri Ukraynada hərbi komissarlıqların artıq işə başladıqlarını qeyd edirlər.
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38