Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

NATO Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək

NATO müttəfiqləri Ukraynada yaranmış mürəkkəb vəziyyətlə bağlı öz addımlarını sıx əlaqələndirəcəklər. “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.

“NATO Şurasının görüşü martın 2-də, NATO-Ukrayna Komissiyasının yekunlarına dair keçiriləcək”, deyə Anders Foq Rasmussen “Tvitter”dəki səhifəsində bildirib.

NATO Şurasının iclasının martın 2-də, günün ikinci yarısında keçiriləcəyini təşkilatın rəsmi nümayəndəsi Oana Lunqesku da təsdiqləyib.

Lunqesku bunun ardınca NATO-Ukrayna Komissiyasının iclasının baş tutacağını bildirib./apa/
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09