Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Boksçularımız 1/8 finalda

Azərbaycan boksçusu dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib
Dünya çempionatının gümüş mükafatçısı, Olimpiya Oyunlarının bürünc medalçısı Teymur Məmmədov Almatıda ilk qələbəsini qazanıb.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın üzvü dünya çempionatında ilk döyüşünü nigeriyalı Efetobor Apoçiyə qarşı keçirib. Rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz 1/8 final mərhələsinə vəsiqə qazanıb - 3:0 (29:28, 29:28, 29:28).
Teymur növbəti görüşünü AIBA bayrağı altında çıxış edən hindistanlı Manpreet Sinqə qarşı keçirəcək.
Qeyd edək ki, Hindistan Boks Federasiyası AIBA-dan xaric olunduğundan bu ölkənin boksçuları hazırda beynəlxalq federasiyanın bayrağı altında çıxış edirlər.

1701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP