Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Krımda “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 9 əməkdaşına Rusiya pasportu verilib

Ukraynanın “Berkut” xüsusi təyinatlı milis dəstəsinin Krım bölməsinin 9 əməkdaşına Rusiya pasportu verilib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Simferopoldakı baş konsulluğunun mətbuat xidmətinin nümayəndəsi Yevgeniya Kaplunenko bildirib.

“Bu günlük sənədləşmə işi yekunlaşıb”, deyə o bildirib. Onun sözlərinə görə, Rusiyanın Simferopoldakı baş konsulluğuna “Berkut” xüsusi təyinatlı milis dəstəsinin döyüşçülərindən Rusiya vətəndaşlığının alınması ilə bağlı çoxlu zənglər və məktublar daxil olur.
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45