Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Bakıda polisləri güllələyən şəxsin dükanı yandırıldı

Fevralın 23-də ikisi polis olmaqla 4 nəfəri güllələyən Gülağa Lətifovun dükanı yandırılıb. Hadisə bir saat öncə, Gülağanın qonşuları tərəfindən törədib. Əraziyə polislər və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Xatırladaq ki, Gülağa Lətifov mübahisə zəminində 4 qonşusunu güllələmişdi. Güllənənlər arasında Sabunçu Rayon Polis Şöbəsinin rəis müavini Akif Nəzərov və onun oğlu Suraxanı polisinin əməkdaşı Asif Nəzərov var idi. Hazırda onlar müalicə olunur.

Güllənənlərdən daha ikisi isə rəhmətə gedib.

Onu da qeyd edək ki, insidentə səbəb qəsəbə sakini Gülağa Lətifovun 68 nömrəli orta məktəbin balansında olan stadionda tikdirmək istədiyi tikinti ətrafında qonşularla yaranan mübahisə olub.

Hadisədə baş verən gün stadionda Çay evinin tikdirilməsinə etiraz əlaməti olaraq Gülağa Lətifovun əraziyə tökdürdüyü daşları stadion boyu əraziyə düzüblər. Bundan qəzəblənən qəsəbə sakini G.Lətifov avtomobilində gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşularına atəş açıb./aznyus/
1257 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP