Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

"Sevastopol və Krım tarixən rus torpaqlarıdır"

Bu sözləri Krımda yaşayan ruslara dəstək məqsədi ilə Moskvada keçirilən mitinqdə rus millətçiləri deyib

Bu gün Rusiyanın müxtəlif şəhərlərində və həmçinin Ukraynanın rusdilli regionlarında Krıma dəstək mitinqləri keçirilib.

Milliyətçi qrupların iştirakı ilə Moskvada keçirilən mitinqdə Krımda yaşayan Ruslara dəstək məqsədiylə hökumətdən daha ciddi addımlar atılması tələb edildi. Mitinqdə çıxış edənlər Sevastopol və Krımın tarixən rus torpaqları olduğunu iddia edərək Rusiyanın öz torpaqlarına sahib çıxmasını istədilər. Krımda yaşayan ruslara maddi və mənəvi dəstək üçün xalqı səfərbər olmaya çağıranlarla yanaşı bu bölgəyə rus ordusunun göndərilməsini tələb edənlər az deyildi.

Moskva sakini, Polina Qluşko: “Biz bugün dövlət sərhədlərimizin o biri tayında qalmış soydaşlarımıza dəstək olmalıyıq. Rusiya bunun üçün həm siyasi və həm də hərbi gücündən istifadə etməlidir. Ukrayna hökuməti isə soydaşlarımıza qarşı təzyiqlərə son verməlidir”.

Bəzi vətəndaşlar isə nümayişçilərin Krım haqqındakı çıxışlarını eşitdiklərində buna etirazlarını gizlətmədilər.

Moskva sakini, Qriqori Samsonov: “Bu mitinqdə toplaşanlar faşistlərdir, onlar rus xalqını təmsil etmirlər. Tarixin müxtəlif dövlərində biz ruslar milyonlarla Krım tatarını öz vətənlərindən qovmuşuq. Onların 40 faizi soygırıma qurban gedib. Mən bundan utanıram, ürəyim sızlayır. Burda isə tam tərsini danışırlar”./ans/
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı