Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Sumqayıtda həbs olunan 50 sələfi gizlicə azad edilib?

“Bu qədər atışma, gurultudan sonra bu, necə ola bilər?”
Məlum olduğu kimi, ötən il dekabrın 11-də Sumqayıtda sələfi cərəyanına mənsub insanlar arasında atışma baş verib. Rəsmi məlumata görə, Sumqayıtda ekstremist təmayüllü “xəvaric”lərlə “sələfi” cərəyanına mənsub bir qrup şəxs arasında baş vermiş münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. DİN və Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə hadisə yerindən maddi sübutlar götürülüb.


Bu günlərdə redaksiyamıza Sumqayıtda baş verən atışmada həbs olunanlarla bağlı məlumat daxil olub. Həmin məlumatda iddia olunur ki, həbs olunan 50-yə yaxın sələfinin hamısı buraxılıb. Məlumatı gec saatlarında və şənbə günü almağımıza baxmayaraq, DİN və Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. DİN mətbuat xidmətindən bizə dedilər ki, işi Baş prokurorluq aparır. Mövzu ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə də əlaqə saxladıq. Sorğumuzu verdik və cavab gözləyirik.

Mənbəmiz redaksiyamıza yolladığı məlumatda həm də sələfiliyin Azərbaycana gəlməsi və geniş yayılması ilə bağlı bəzi incə təfərrüatlardan da yazır. Qeyd olunur ki, Azərbaycana sələfilik doxsanıncı illərdə tək cərəyan olaraq gəlib: “Daha sonra cərəyan daxilində fikir ayrılıqları ortaya çıxıb. Ayrım nöqtələri əsasən cihad, hakimiyyətə gəlmə kimi mövzularla bağlı olub. Bu barədə sələfilər iki cəbhəyə bölünmüşdülər. Hakimiyyət yönlü qanadın təmsilçisi Qamət Süleymanov idi. Digər cəbhəni isə təmsil edən xüsusi bir lider yox idi”.

Məlumatda qeyd olunur ki, bu parçalanmalar bir sıra məsələlər səbəbilə getdikcə artıb: “Hazırda sadəcə təməldə sələfi əqidəsini baza alan 50-yə yaxın qruplaşma var. Bunlardan ən böyükləri Sumqayıtda yerləşir və bu sistemləşmə oradakı radikallara nəzarət etmək üçündür. Hətta qol gücüylə insanlar bu qruplara qoşulmağa məcbur edilir. Çünki qrupda olanları nəzarətdə saxlamaq daha asandır. Bu qruplardan biri son atışmada yer almışdı. Qrupun lideri milliyyətcə talış olan Elçin adlı şəxsdir. Bir çox üzvü hazırda "Cundul Xilafə" və “İŞİD” olaraq tanınan qrupların tərkibində savaşırlar. İçlərində çox böyük imkanlara sahib bir iş adamı da var".

Qəzetimizə göndərilən məlumatda qeyd olunur ki, dövlət bu qrup vasitəsilə sələfilərə nəzarəti həyata keçirdiyi üçün onların həbsdən çıxarılması qaçılmaz olub: “Yəni yaxalanmaları gurultulu şəkildə olsa da, buraxılmaları səssizcə oldu. Xüsusi xidmət orqanları bu adamlar vasitəsilə yerdə qalanları nəzarətdə, lazım olanda isə təhdid altında saxlayır. Bunlar bir növ taşaron qruplardır. Bu qədər atışma, gurultudan sonra bu necə ola bilər? Hətta xüsusi xidmət orqanları o qrup üzvlərini ölkə daxilində işlətmək niyyətində olduğu üçün hazırda sərhəd keçid məntəqələrindən saqqallı və hicablı adamlar ölkə xaricinə buraxılmır”.

KƏNAN/musavat
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07
Bir gün