Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Dustağa repressiya ədəbiyyatı oxutdurmaq işgəncədir

Leyla Yunus: «Pərviz Həşimliyə qarşı bu hüquq pozuntusunu Avropa Məhkəməsi müstəvisinə çıxarmaq olar»

Ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında gündəlik tənqidçi qəzetləri oxumaq istəsə də, ona bu imkan yaradılmır. Bu barədə məhkəmədə məlumat verən Pərviz Həşimli bildirib ki, ona mütaliə üçün daha çox repressiya dövrünün ədəbiyyatı verilir.
Bu isə həmin ədəbiyyatda yazılanların həbsdə olan şəxsə psixoloji baxımdan təsir etməsi, onu, ailə üzvlərini nələr gözlədiyini hiss etdirmək anlamına gəlir. Həbsdə olan şəxsi repressiya dövrünün ədəbiyyatını oxumağa məcbur etmək işgəncə sayılırmı?
Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, bu, psixoloji işgəncə sayılır. Hüquq müdafiəçisinin sözlərinə görə, penitensiar sistemdə elə bir qayda-qanun, instruksiya yoxdur ki, Soljenitsin və ya Salamovun kitablarını mütaliə etmək, gündəlik müxalifət mətbuatını oxumaq qadağan olunsun: “Bu, özbaşınalıqdır. Bu hüquq pozuntusunu Avropa Məhkəməsi müstəvisinə çıxarmaq olar. Amma Azərbaycanda qanun pozuntuları, ayaqlar altına atılan hüquqlar saymaqla bitməz. Istintaq təcridxanasında olanları günlərlə ac saxlayırlar və vəkillər yalnız bu problemlə məşğul ola bilir. Inkişaf etmiş hansısa ölkədə məhbusa kitab oxumağı qadağan etsəydilər, bunu bütün dünya bilərdi. Azərbaycanda belə qanunsuzluqlar yaşanır. Hansı kitabları oxumaq qadağandırsa, onu yazsınlar, insanlar da bilsin”./azadlıq/
1347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat