Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Dövlət Departamenti Rusiyanı hədələdi

ABŞ dövlət katibi Con Kerri Rusiyanın Ukraynaya hərbi müdaxilə qararı ilə bağlı bəyanat verib. Dövlət katibi bildirib ki, ABŞ Rusiyanın Ukrayna ərazisinə müdaxiləsini və işğalını pisləyir. “Biz bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması kimi qiymətləndiririk”, - deyə Kerri qeyd edib.
O, vurğulayıb ki, Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar aparması regionda gərginliyin artmasına və ABŞ-Rusiya münasibətlərinin ciddi şəkildə pisləşməsinə səbəb olacaq. “Rusiya gərginliyin azaldılması istiqamətində konkret addımlar atmasa, bu, ABŞ-Rusiya münasibətlərinə və Rusiyanın beynəlxalq vəziyyətinə dərin mənfi təsir göstərəcək. Bu tarixi anda biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməkdə davam edəcəyik”, - deyə Kerri bəyan edib.
Dövlət katibi bildirib ki, Rusiyanın son hərəkəti Ukraynada və bütün regionda sülhə və sabitliyə təhlükədir.
1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:48