Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Dünya çempionatının keçiriləcəyi stadionun damı uçdu

Leysan yağış "Mineyrao Stadionu"nun örtüklərindən üçünü yerə salıb

Braziliyanın Belu Orizonti şəhərində leysan yağışlar nəticəsində iyunda keçiriləcək futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək stadiona ziyan dəyib.

"Mineyrao Stadionu"ndan çəkilmiş həvəskar kadrlarda stadionu yağışdan qorumaq üçün quraşdırılmış örtüklərdən üçünün yerə düşməsi əks olunub. Örtüklərin qopması nəticəsində, xoşbəxtlikdən xəsarət alan olmayıb. Stadion işçiləri dərhal baş verən nasazlığı aradan qaldırıblar.

Qeyd edək ki, «Mineyrao Stadionu» 2014-cü il futbol üzrə Dünya Çempionatı çərçivəsində 6 matça ev sahibliyi edəcək. Bundan əvvəl də çempionat üçün inşa edilən stadionlardan birində qaldırıcı kran aşaraq, 2 nəfərin ölümünə səbəb olmuşdu. Belu Orizontidə baş verən son insident isə Dünya Çempionatı zamanı təhlükəsizliklə bağlı narahatlığı yenidən gündəmə gətirib.
1327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...