Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Şvartsenegger ABŞ prezidenti olmaq istəyir

Aktyor 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək fikrindədir

ABŞ-ın Kaliforniya ştatında 2 dövr qubernator olan məşhur aktyor Arnold Şvartsenegger 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək fikrindədir. Yerli qanunlara əsasən, Amerika prezidenti seçilmək üçün ölkə ərazisində doğulmaq şərt olsa da, tanınmış kino ulduzu bu qanunun dəyişdirilməsini irəli sürəcək.

Qeyd edək ki, Arnold Şvartsenegger mövzu ilə bağlı bildirib ki, prezident postuna keçmək üçün hüquqi mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, Arnold Alois Şvartsenegger 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Tanınmış aktyor 1983-cü ildə Amerika vətəndaşlığını alıb. Arnold Şvartseneggerin həyat yoldaşı olan Mariya Şrayver ABŞ-ın keçmiş prezidenti olan Con Keneddinin qohumudur. ABŞ Demokratik partiyasının üzvü olan Mariya ilə evlilik onu partiyanın elitası ilə yaxınlaşdırıb. Şvartsenegger özü Respublikaçılar Partiyasını dəstəkləyir və 1980-ci ildən ABŞ-ın siyasi həyatında aktiv iştirak edir./faktxeber.com/
1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...