Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Ukrayna HDQ komandanı rusların tərəfinə keçdi

Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandanı Denis Berezovski martın 2-də sensasion bəyanatla çıxış edib.

“RİA Novosti” bildirir ki, HDQ komandanı “Krım xalqına sədaqət andı içdiyini” bəyan edib.

“Mən - Denis Valentinoviç Berezovski Krım xalqına sədaqət andı içir və onu nizamnamənin tələb etdiyi şəkildə qoruyacağıma vəd verirəm” - deyə D.Berezovski Sevastopol şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Yada salaq ki, D.Berezovski lap elə bu yaxınlarda Ukrayna HDQ komandanı təyin olunmuşdu.

Yeri gəlmişkən, bu gün Krımdakı hərbi mənbələrə istinadən yayılan xəbərlərdə Krımda dislokasiya olunmuş Ukrayna hərbçilərinin də Rusiya tərəfinə keçdiyi bildirilirdi.
1398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP