Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Putinin Şurası Putinə qarşı çıxdı

RF prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şura Rusiya hakimiyyətinin Ukraynaya münasibətdə atdığı addımları tənqid edib.

Şuranın bəyanatında deyilir ki, Ukraynanın suverenliyi pozulmaqla xarici hərbi qüvvənin istifadə edilməsi Rusiyanın beynəlxalq öhdəliklərinə ziddidir. Rəsmi saytda dərc edilən müraciətdə deyilir ki, Federasiya Şurası Putinə Ukrayna ərazilərində Silahlı Qüvvələrdən istifadəyə icazə verəndən sonra iki ölkə müharibə astanasındadır. Şura üzvləri qeyd edib ki, ordudan istifadə ancaq Rusiya vətəndaşlarına təhlükə olacağıı təqdirdə mümkündür.

Müraciətdə qeyd olunur ki, Silahlı Qüvvələrdən istifadə insan haqlarının miqyaslı pozulmasına gətirib çıxaracaq. «Ukraynanın problemləri ordunun yeridilməsi ilə deyil, siyasi yolla həll olunmalıdır. Bu baxımdan biz Silhalı Qüvvələrin Ukraynadı daxili böhranın həllində iştirakını yolverilməz hesab edirik», - deyə müraciətdə bildirilir.

Müraciəti imzalayana Şura üzvləri bunlardır: Lev Ambinder, Svetlana Ayvazova, Yevqeni Bobrov, Aleksandr Verxovski, Serqey Vorobyov, Nataliya Yevdokimova, İrina Kirkora, Serqey Krivenko, Yuriy Kostanov, Stanislav Kuçer, Yelena Masyuk, Leonid Nikitinski, Leonid Parfenov, Ella Polyakova, Nikolay Svanidze, Anita Soboleva, İrina Xakamada, Serqey Tsıplyonkov, Pavel Çikov, İlya Şablinski, Liliya Şibanova, İqor Yurqens, Andrey Yurov.
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45