Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

"Ukraynada yenə qan töküləcək"

Medvedyev "Facebook" hesabından Ukraynada iqtidarın ələ keçirilməsinin qeyri-hüquqi olduğunu, bunun yeni bir inqilaba səbəb olacağını açıqlayıb

Rusiyanın baş naziri Dmitri Medvedyev Ukraynadakı hadisələrə münasibət bildirib.

Rusiyanın baş naziri Dmitri Medvedyev rəsmi "Facebook" hesabından Ukraynada iqtidarın ələ keçirilməsinin qeyri-hüquqi olduğunu və bunun yeni bir inqilaba, qan tökülməsinə səbəb olacağını açıqlayıb.

Ukraynada Prezident vəzifəsindən ayrılmaq məcburiyyətində qalan Viktor Yanukoviçin hələ də qanuni prezident olduğunu müdafiə edən Medvedyev fikrini bu cür bildirib:
"Əgər Yanukoviç günahkardırsa, məhkəməyə çıxardın və mühakimə edin. Bundan savayı hər şey qeyri-hüquqidir. Hakimiyyətin ələ keçirilməsi düzgün deyil. Bun yeni bir inqilabla nəticələnəcək. Yenidən qan töküləcək".

Ukraynadakı proseslərlə əlaqədar "Facebook"dan çox şey yazdığını xatırladan Medvedyev, həmçinin yaxın qonşu olan Ukrayna ilə əlaqələri qarşılıqlı münasibətlər çərçivəsində davam etdirmək istədiklərini, lakin bunu Maydanda qardaşının qanını axıdanlarla, Konstitusiyanı və hüququ pozaraq iqtidarı ələ keçirənlərlə etməyəcəklərini vurğulayıb.

Rusiyanın baş naziri Ukraynada ukraynalılardan başqa rusların, tatarların, yəhudilərin və digər xalqların bir-birinə uyğunlaşaraq yaşadığını bildirib.

Sonda isə Medvedyev Rusiyanın güclü, dəyişməz, gələcəyi olan və iqtisadi olaraq zəngin bir Ukraynaya ehtiyacı olduğunu qeyd edib./ans/
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber