Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Kunming şəhər vağzalına separatçıların hücum etdiyi güman edilir

Bir qrup şəxs yerli dəmiryol vağzala hücum edərək 29 nəfəri qətlə yetirib, azı 130 nəfəri yaralayıblar

Çinin cənub-qərb hissəsində yerləşən Kunming şəhərində bıçaqla silahlanmış bir qrup şəxs yerli dəmiryol vağzala hücum edərək 29 nəfəri qətlə yetirib, azı 130 nəfəri yaralayıblar.

Yerli telekanalların məlumatına görə, polis hücum edənlərdən bir neçəsini öldürə bilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Çin rəsmilər ibaş vermiş hadisəyə görə Çinin şimal–qərb Xinjiang bölgəsindən olan separatçıları məsuliyyət daşıdıqlarını zənn edirlər.

Şahidlərə görə, qara rəngli paltar geymiş hücumçular gözlənilmədən Kunming şəhər vağzalına hücum edərək ətrafdakı insanlara bıçaq zərbələri endirməyə başlayıblar.

Çinin Xinhua dövlət xəbər agentliyi hücumçu olduqları güman edilən azı 4 nəfərin polis tərəfindən güllələndiklərini bildirib.

Şübhəlilər arasında qadının da olduğu bildirilir. Qadının yaralı olduğundan, o, xəstəxanaya yerləşdirilib.

Rəsmilər insidenti "əvvəlcədən hazırlanmış terror aktı" kimi dəyərləndiriblər.

Hadisə yerindən qaçanların axtarışı davam etdirilməkdədir.
1289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi