Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Türkiyə: parlament Fətullah Gulənin məktəblərini bağlayır

Dərsanələrin 2015-ci il sentyabrın 1-dən bağlanacağını nəzərdə tutan qanun layihəsi Türkiyə parlamentində təsdiqdən
Türkiyə parlamenti nüfuzlu dini xadim, nurçular hərəkatının lideri Fətullah Gülənin nəzarətində olan təhsil ocaqlarının bağlanması barədə qanun qəbul edib.

Söhbət ABŞ-da yaşayan nurçu camaatının lideri Fətullah Gülənin nəzarətində olan Türkiyə universitetlərinə özəl hazırlıq kursları olan dərshanələrin bağlanmasından gedir.

Dərsanələrin 2015-ci il sentyabrın 1-dən bağlanacağını nəzərdə tutan qanun layihəsi Türkiyə parlamentində təsdiqdən keçib.

Son aylarda Türkiyənin Baş naziri Ərdoğanla Fətullah Gülən arasında nifaq güclənib. Ərdoğan ABŞ-da mənzillənən nurçuların liderini Türkiyə höküməti əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan hökümət nurçüların hazırlıq kurslarının bağlanmasının səbəbi kimi ümumilikdə təhsil islahatını, orta məktəblərdə təhsilin keyfiyyətinin artırılmasını göstərir.
1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
19.05.17, 21:19
Nağıllar hökuməti