Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Putinin Ukraynaya müdaxiləsinə xalq dəstək verdi - Foto

Rusiya prezidenti Vladimir Putinin parlamentdən Ukraynaya əsgər göndərmə səlahiyyətini əldə etməsinə vətəndaşlar da dəstək verib.

Bu barədə rus mediası informasiya yayıb.

Ölkənin bir çox şəhərlərində Ukraynada yaşayan ruslara dəstək nümayişləri keçirilib.

Paytaxt Moskvada Rusiya Xalq Cəbhəsi partiyasının təşkilatçılığı ilə 30 min nümayişçi Ukraynada yaşayan rusların həyatlarını qorumağa hazır olduqlarını bildirərək, "Putin və biz sizinləyik", "Krım, Rusiya sizinlə" kimi şüarlar səsləndiriblər.

Rusiyanın St. Peterburq, Krasnodar və digər şəhərlərində izdihamlı mitinqlər keçirilib.

Digər tərəfdən Ukraynaya hərbi müdaxiləyə qarşı çıxan təxminən 50 nəfər Müdafiə Nazirliyi binası qarşısında aksiya keçirməyə cəh edib, lakin bir qrup polis aksiyaya müdaxilə edib./axar/


1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber