Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

İranda 11 ay ərzində 465 tondan artıq narkotik maddə müsadirə edilib

İran polisi 2013-cü ilin mart ayından 2014-cü ilin fevralınadək 465 tondan artıq narkotik maddə müsadirə edib. İRNA agentliyinə bu barədə İran DİN narkotiklərlə mübarizə qərargahının rəhbəri Əli Мoəyedi bazar günü bildirib.
Onun sözlərinə görə, narkotiklərin böyük hissəsi sərhədyanı əyalətlərdə müsadirə edilib.
"Həmin müddət ərzində polislə toqquşmalarda 70 narkotik maddə alverçisi qətlə yetirilib", - Мoəyedi bildirib.
İran Avropa və tiryək istehsalçısı olan Əfqanıstan arasında tranzit dəhlizdə yerləşir. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını şərq sərhədinə göndərib.
BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin hesabatına əsasən, Əfqanıstan və Pakistan arasındakı sərhəd regionu silah və narkotik vasitələrinin qanunsuz ticarəti, həmçinin qeyri-leqal miqrasiyası üçün dünyada ən böyük azad ticarət zonaların birinə çevrilib. İranın Əfqanıstanla sərhədi 900 kilometrə bərabərdir və bu zonaya təxminən tiryək qaçaqmalçılığın 74 faizi düşür.
İran son illərdə narkotik qaçaqmalçılığı ilə mübarizəni sərtləşdirib.
1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28
Rusiyada