Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

3 martda gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-7°, gündüz 8-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 13-18° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir.
Temperatur gecə 1-6°-dək isti, gündüz 12-17° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.
Temperatur gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 12-17° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.
Gecə 4-7°, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.
1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı