Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Əxdər əl-İbrahimi də istefa verdi

Əxdər əl-İbrahimi Suriya münaqişəsinin vasitəçiliyindən istefa verir
Beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə Cenevrə 1 və 2 danışıqları baş tutsa da, tərəflər güzəştlərə getmək niyyətində deyillər

Beynəlxalq ictimaiyyət Suriya münaqişəsinin həllində tam şəkildə aciz qalıb.

İnterAz–ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, BMT və Ərəb Dövlətləri Liqasının Suriya münaqişəsi üzrə nümayəndəsi və vasitəçisi Əxdər əl-İbrahimi istefa verməyi qərara alıb. Məlumata əsasən, Əxdər əl-İbrahimi cari mart ayı bitməmiş istefa verəcəyini bəyan edib.

Bildirək ki, Əxdər əl-İbrahimidən öncə münaqişənin həllindəki vasitəçiliyi BMT-nin sabiq baş katibi Kofi Annan öhdəsinə götürmüşdü ki, o bu vəzifədən istefa vermişdi. Kofi Annandan sonra Əxdər əl-İbrahiminin də bu şəkildə istefa verməsi beynəlxalq ictimaiyyətin münaqişənin həllində addım ata bilmədiyini göstərir. Beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə Cenevrə 1 və 2 danışıqları baş tutsa da, tərəflər güzəştlərə getmək niyyətində deyillər.
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı