Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

“Sovetski” sakinlərinin hökumətə verdiyi vaxt bu gün bitir

Sökülmə barədə qərar paytaxtda torpağın qiymətinin bahalaşmasına səbəb olub

Bakının qədim məhəllələrindən olan “Sovetski”də artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və pul vəsaiti onların bankdakı hesablarına köçürülüb.

Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

“Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1 500 manatdan daha az olduğu müəyyən edilib. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd -1 500 manat təklif olunur.

Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə, müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb”, - deyə məlumatda qeyd olunub.

“Sovetski” nin sökülməsi barədə qərar paytaxtda torpağın qiymətinin bahalaşmasına səbəb olub. Bu barədə “MBA LTD” konsaltinq şirkətindən bildiriblər. Şirkətdən deyiblər ki, 2013-cü ilin ikinci yarısında Bakıda müşahidə edilən torpağın qiymətinin ucuzlaşması tendensiyasına baxmayaraq, yanvarda torpağın qiyməti bahalaşıb: “Bunu qış mövsümünün tədricən başa çatması və tikinti sektoru üçün mövsümi ayların başlaması, həmçinin Bakıda köhnə qəsəbələrin sökülməsinin yeni dalğasının başlaması ilə əlaqələndirmək mümkündür”.

Yanvar ayında paytaxtda bir sot torpağın orta hesabla qiyməti 2,35 faiz artaraq 17 240 dollardan 17 646 dollara çatıb. Şirkətdən qeyd ediblər ki, torpağın ən çox bahalaşması mərkəzdən uzaq rayonlarda müşahidə olunub: “Hazırda Bakının torpaq bazarında ən fəal rayonlar Nəsimi, Yasamal, Nərimanov, ən passivləri isə Sabunçu və Qaradağdır. Ay ərzində ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (1 sota görə 350 min dollar), ən ucuzu isə Masazır qəsəbəsində (1 sota görə 383 dollar) təklif edilib”.

“Sonda qeyd edək ki, ”Sovetski" sakinlərinin hökumətə verdiyi vaxt bu gün bitir. Sakinlərin ədalətli kompensasiya tələbi ilə bağlı yenidən aksiya keçirməsi gözlənilir. /Musavat/
1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12