Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Ketrin Eşton martın 8-də İrana səfər edəcək

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi martın 8-də İrana səfər edəcək.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, Ketrin Eşton martın 9-da Tehranda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bir araya gələcək. Martın 10-da isə AB rəsmisinin İsfahan şəhərinə səfəri nəzərdə tutulub.

Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı yanvarın 12-də keçirdiyi mətbuat konfransında K.Eştonun Tehrana səfərə dəvət edildiyini açıqlayıb.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İran xarici işlər naziri ilə yanvarın 31-də Münhendə keçirdiyi görüşdə isə bu ziyarəti münasib zamanda həyata keçirəcəyini söyləyib.
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP