Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

“SOCAR”-ın “zapravka”sı yanında bomba tapıldı

Marneulinin mərkəzi meydanında şəxsi maşından bomba tapılılıb.

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhər sakini Hüseyn Hüseynova məxsus “Mersedes” markalı avtomobildə bomba quraşdırıldığı aşkar olunub.

Maşın sahibi aptekdən dərman alıb qayıtdıqdan sonra avtomobildə şübhəli əşya görüb və polisə məlumat verib. Polis hadisə yerini təxminən 5 saat müddətində mühasirədə saxlayıb və hərəkət dayanıb.

Aşkar olunmuş bombanın zərərsizləşdirildiyi bildirilir.

Həmin ərazidə “SOCAR”ın yanacaqdoldurma stansiyası, “Çay evi”, supermarket, rayon polis idarəsi və digər mühüm obyektlər yerləşir.

Hələlik hadisə barədə ətraflı məlumat verilməsə də cinayət işinin açıldığı və araşdırma aparıldığı bildirilir.
1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
Go to TOP