Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Rusiya Krıma 6 milyard dollar ayırdı

Rusiya Krım Muxtar Respublikasına 6 milyard dollar maliyyə yardımı göstərməsi ilə bağlı qərar verməyi planlaşdırır.

Rusiya mediasının verdiyi məlumata görə, artıq Krım Ali Radasının nümayəndələri bununla bağlı Moskvaya dəvət olunublar. Məlumatda qeyd olunub ki, buna qədər də Rusiya yarımadaya dəfələrlə humanitar yardımlar edib.

Xatırladaq ki, Ukraynada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin Rusiya ilə münasibətləri kəskinləşib. Nəticədə Rusiya Krıma hərbi qüvvələrini yeridib. Hazırda yarımadanın bütün dövlət qurumları və strateji obyektləri Rusiya hərbçilərinin nəzarətinə keçib. Rusiya rəsmi dairələri isə bunu Kiyevdə anti-rus şüarlarından ehtiyatlanaraq, Krımda yaşayan 1 milyondan artıq rusun hüquqlarının qorunması məqsədilə etdiyini açıqlayıb.
1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15