Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Suriyanın Yəbrud rayonu ətrafında 50-dən artıq silahlı orduya təslim olub

Suriya ordusu Livanla sərhəddə yerləşən əl-Qələmun yüksəkliklərinin sonuncu rayonu olan Yəbrudu ələ keçirmək uğrunda apardığı əməliyyatlar çərçivəsində bölgədə yerləşən əs-Səhəl qəsəbəsini ələ keçirib.

SalamNews-un "əl-Aləm" qəzetinə istinadla verdiyi xəbərə görə, burada baş verən qarşıdurmalarda 16 silahlı öldürülüb və ölkə vətəndaşlarından olan 50-dən artıq silahlı orduya təslim olub.

Bildirək ki, qarşıdurmalar ölkənin digər bölgələrində də qeydə alınıb. Belə ki, paytaxt Dəməşqin Yərmuk rayonunda bir aylıq atəşkəsdən sonra toqquşmalar yenidən başlayıb. Həma əyalətinin Murik rayonu ətrafında gedən qarşıdurmalarda isə hökumət qüvvələrinə məxsus 12 əsgər ölüb.
1216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber