Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

“Sovetski” sakinlərinin aksiyası : saxlanılanlar var

Əməkdaşımızın verdiyi xəbərə görə, hazırda "Sovetski" sakinləri ara küçələrində etirazlarını davam etdirir. Polisin iki nəfəri saxladığı bildirilir. Sakinlər isə onlar azadlığa buraxılmayana qədər aksiyanı davam etdirəcəklərini bildirib. 

 

 

 

 

 

***

Artıq "Sovetski" sakinlərinin məktəbin həyətində keçirdiyi aksiya dağıdılıb. Polis hazırda Yasamal Rayon İcra Hakimiyyətinin qarşısına yollanıb. Sakinlərin də qruplar şəkilində icra hakimiyyətinin qarşısına getdiyi bildirilir. 

***

Xəbər verdiyimiz kimi, bu gün hakimiyyət nümayəndələrinin “Sovetski” sakinlərinə verdiyi vaxt bitir. Artıq bu gün saat 16:00-da 6 nəfərlik Komitə üzvləri Yasamal rayon İcra Hakimiyyətinə çağırılıb və onlara yekun qərar açıqlanacaq.

Hazırda mindən çox “Sovetski” sakinləri məktəbin qarşısında toplaşıb və etiraz aksiyası keçirir. Onlar qərarın məhz burada elan olunmasını tələb edir.

Əməkdaşımızın verdiyi xəbərə görə, əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Onlar aksiyanı dağıtmağa çalışır./deyerler/

1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı