Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

“Rusiya Krıma nəzarəti tam ələ keçirdi”

Britaniya xarici işlər naziri: “Rusiya Krıma nəzarəti tam ələ keçirdi”

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib ki, Rusiya Krım üzərində nəzarəti tam ələ keçirib.
Bugun.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə nazirə istinadən “Röyter” məlumat yayıb. Hazırda Kiyevdə olan diplomat bildirib ki, situasiya olduqca gərgin olaraq qalır.
Uilyam Heyq Rusiyanın Ukraynanın qərbinə doğru irəliləyə biləcəyindən də narahatlıq ifadə edib.
Ukrayna Müdafiə Nazirliyi isə bildirir ki, martın 3-nə keçən gecə Rusiya qırıcıları Qara dəniz üzərindən iki dəfə ölkənin hava məkanına daxil olmağa cəhd ediblər. Ukrayna Hərbi-Hava Qüvvələrinin “Su-27” qırıcıları həyəcan siqnalı ilə havaya qaldırılıb və təxribatın qarşısını alıb.
Digər məlumata görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) kəşfiyyatçıları Krımda ələ keçirdikləri hərbi hissələrdən ukraynalı sərhədçilərə öz şəxsi əşyalarını götürməsinə icazə vermir. Rusiya baş naziri Dmitri Medvedyev isə bildirib ki, hökumət artıq Krımı Rusiyaya birləşdirən və Kerç körfəzi üzərindən keçən körpünün inşası layihəsinə başlamağa hazırlaşır.
1198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44