Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Fətullah Gülənin Azərbaycandakı adamı bütün sirləri açdı - (məxfi sənəd)

Türkiyədə Ərdoğanın hakimiyyətini sarsıdan Fətullah Gülən təriqətinin Azərbaycanda təhlükəli ölçülərdə təşkilatlanması və Prezident Administrasiyası başda olmaqla dövlət strukturlarında öz adamlarını yerləşdirməsi barədə yeni sensasion sənəd yayılıb.

Fətullah Gülənin Azərbaycandakı məktəblərini idarə edən “Çağ öyrətim” şirkətinin prezidenti Ənər Örenin hocasına yazdığı məxfi məktubun fotosurəti daxil olub. Məktubun haradan sızdırıldığına dair müəyyən təxminlər var.


Lakin sızmanın qaynağını araşdırmazdan əvvəl məktubda yazılanların şərhsiz təqdim olunması belə Fətullah Gülənin təriqətinin Azərbaycanda hansı təhlükəli dərəcədə təşkilatlandığı, hansısa gizli planlar qurduğu və ABŞ-dan dəstəkləndiyi aydın şəkildə ortaya qoyur.

 

Sənədin mətni belədir:

“Möhtərəm Fətullah Gülən Hocaəfəndi! Sizə təcili şəfa diləyir, sağlamlıq və səhhətinizi uca Allahdan niyaz edirəm. Xidmət hərəkatımızın Azərbaycandakı durumu ilə bağlı qənaətlərimi diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Prezidenti Administrasiyasındakı dostumuzun səyləri və dəstəyi sayəsində DİN, Ədliyyə, Maliyyə, Fövəladə Hallar və Təhsil Nazirliklərində kadrlarımızın yerləşdirilməsi arzu etdiyimiz istiqamətdə irəliləmişdir. Xüsən Azərbaycan Gənclər Təşkilatına çoxlu sayda gənc xidmət hərəkatı mənsubun alınması xidmət fəaliyyətimiz baxımından fövqəladə əhəmiyyət kəsb etməkdədir. Belə ki, Azərbaycanda önəmli dövlət vəzifələrinə gənc kadrlar bu təşkilatdan seçilərək təyin edilir. Azərbaycandakı xidmət faliyyətinin (nurçular təriqətinin fəaliyyəti nəzərdə tutulur.-red) Türkiyədəki məlum hadisələrdən ziyan görməməsi üçün fövqəladə ölçüdə səylər göstərmək zəruridir. Möhtərəm Əfəndim! Lakin təəsüflə qeyd etmək istəyirəm ki, Türkiyədəki məlum hadisələr (Ərdoğan-Gülən mübarizəsi və Türkiyə baş nazirinin nurçular təriqətinə qarşı təqiblərə başlaması nəzərdə tutulur.-red) Azərbaycandakı fəaliyyətimizə də önəmli ölçüdə təsir göstərmiş durumdadır. Dövlət vəzifələrinə təyin edilmiş adamlarımızın təsbit və təqib edilə biləcəklərindən ciddi narahatlıq keçirməkdəyik. Daha çox diqqət mərkəzində olanlar isə Türkiyədən gəlib çoxdandır Azərbaycanda xidmət edən adamlarımızdır. Azərbaycandakı xidmət hərəkatı komandasının dəyişdirilməsinin faydalı olacağı qənaətindəyəm. Belə ki, köhnə komandanın ətrafına Azərbaycan kəşfiyyatı tərəfindən adamların yerləşdirilməsi yönündə ciddi şübhələr var. Tez-tez informasiya sızdırılması bu yöndəki şübhələrimizi artırmışdır. Məsələn, Azərbayan Milli Təhlükəsizlik Akademiyasına daxil olmuş tələbəmiz təsbit edilərək akademiyadan qovulmuşdur. Azərbaycan parlamentindəki millət vəkili arkadaşımız da ciddi sıxıntılarla qarşılaşmaqdadır və vəziyyətinin çətin olmasından şikayətlənməkdədir. İş adamı arkadaşlarımız da müntəzəm təqib edilməkdədir. Azərbaycandakı şəhər, bölgə, səmt imamlarımızı mövcud durumun tələblərinə uyğun şəkildə xidmət hərəkatını davam etdirmələri ilə bağlı xəbərdar etmək faydalı olardı. İş adamları toplantılarını təşkil edən və əlaqələndiricilik edən adamlarımızı daha diqqətli olmaları ilə bağlı artıq xəbərdar etmişik.

Möhtərəm Əfəndim! Mövcud vəziyyətlə bağlı xaricdəki lobbilərdən Azərbaycan hökumətinə ediləək təzyiqlərin buradakl xidmət əsgərlərinin yükünü xeyli yüngülləşdirə biləcəyi qənaətindəyəm. Prezident Administrasiyasındakı arkadaşımızın bildirdiyinə görə, hazırda Azərbaycan dövləti ilə ABŞ arasında münasibətlərin inkişafı yönündə lobbi fəaliyyətləri gücləndirilmiş vəziyyətdədir. ABŞ-dakı arkadaşlarımızın bunu nəzərə alaraq Azərbaycan dövlətinin nəzdində lehimizə fəaliyyətlər göstərməsinin də faydalı olacağı qənaətindəyəm.

Möhtərəm Əfəndim! Eyni zamanda bütün nazirlik və dövlət strukturlarındakı adamlarımızı da mövcud vəziyyətin həssaslığını izah edərək ehtiyat tədbirlərini gücləndirmələri baxımından xəbərdar etmişik. Xüsusən də Azərbaycan Prezidenti Administrasiyasındakı arkadaşımıza daha diqqətli olunması və ehtiyat tədbirlərini artırması ilə bağlı tövsiyənizi çatdırdım.

Möhtərəm Əfəndim! Bu vəziyyətlə bağlı olaraq təkliflərimizi diqqətinizə təqdim edərək Sizin bu məsələdə dəyərli fikirlərinizi bizlərə çatdırmağınızı təmənna edirik.

1.Mənim və digər arkadaşlarımızın yerini daha gənc kadrların tutmasının böyük faydası olacağı qənaətindəyəm.

2.Azərbaycanla bağlı bəzi mühüm plan və layihələrimizi müvəqqəti olaraq təxirə salmaq istəyirik.

3.Azərbaycandakı, xüsusən Bakıdakı tələbə yataqxanalarındakı və evlərindəki imam və belletmen arkadaşlarımızın çox mühüm məsələ olmadan toplantı keçirməmələrinin daha münasib olacağı qənaətindəyəm.

4.Azərbaycandakı iş adamı arkadaşlarımızdan və digər xidmət əsgərlərindən toplanmış himmət pullarının əldən çatdırılması və ya özəl kuryer vasitəsilə çatdırılmasının daha etibarlı ola biləcəyi qənaətindəyəm.

Hörmətlə: Ənvər Özeren”

*    *     *

Qeyd edək ki, məktubun mətnindən onun bu yaxınlarda, yəni Türkiyədə Ərdoğan-Gülən qarşıdurmasının başlamasından və Azərbaycanda da Gülən təriqətinin öz adamlarını dövlət strukturlarında yerləşdirməsi barədə xəbərlərin Türkiyə xüsusi xidmət orqanlarına bağlı mənbələrdən sızdırılmasından sonra yazıldığı görünməkdədir. Məktubda bir neçə sensasion məqam var: birincisi, Fətullah Gülənin Prezident Administrasiyasında təriqətin adamlarını dövlət strukturlarına yerləşdirəcək gücə sahib adamının olması. İkincisi, Fətullah Gülənin Azərbaycanla bağlı hansısa məxfi plan və layihələrinin mövcudluğu. Üçüncüsü, Fətullah Gülənin ABŞ-dan və yəhudi lobbisindən himayə olunmasının açıq göstərilməsi. Nəhayət dördüncüsü, nurçuların Azərbaycanda mümkün təqiblərdən yayınmaq üçün ABŞ-dakı lobbi çevrələrindən kömək istəməsi, ABŞ-ın bu məqsədlə Azərbaycan hakimiyyətinə təzyiq göstərilməsinin xahiş olunması.

Bütün bunlar Gülən təriqətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı narahatlıqların heç də əsassız olmadığını təsdiq edir. Sözügedən məktubun haradan sızdırılmasına gəlincə isə əsas ehtimal Türkiyə xüsusi xidmət orqanları ola bilər. Çünki Türkiyə xüsusi xidmət orqanları son günlər bir-birinin ardınca Gülənin Azərbaycanla bağlı telefon danışıqlarını və təriqətin ölkədə təşkilatlanması barədə məlumatları sızdırır./axar/

1354 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı