Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Ukrayna ordusuna Krımdan çıxmaq üçün vaxt verildi

Qərbi Ukraynadan olan əsgərlərə Krımı tərk etmək əmri verildi. Məlumata görə, bu açıqlama ilə Krım Muxtariyyətinin Baş nazirinin müavini Rüstəm Temirqalıyev çıxış edib.

O, əsgərlərə Krımı rahat tərk etmək üçün şərati yaradılacağını bildirib: “Kiyevdən olan KİV-in yaydığı xəbərlərlə bölgədə vəziyyəti ağırlaşdırırlar. Hələ də Krımda heç bir toqquşma baş verməyib. Biz Krım hakimiyyətinə tabe olmaqdan imtina edən əsgərlərə yarımadanı rahat tərk etməyə şərait yaradacağıq”.

Qeyd edək ki, artıq Krımda nəzarət Ukrayna dövlətinin əlindən çıxıb.
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber