Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Siqaret çəkənlər kor ola bilər

Siqaret gözdə sarı nöqtə xəstəliyini inkişaf etdirərək kor olma riskini artırır

Siqaretin ziyanlarından hər birimizin xəbəri var. Ancaq bilirdinizmi siqaret ucbatından kor ola bilərsiniz?

İnterAz-ın Ailəm.az-a istinadən xəbərinə görə, siqaret gözdə sarı nöqtə xəstəliyini inkişaf etdirərək kor olma riskini artırır.

Siqaret istifadəsi yaş artdıqca ortaya çıxan sarı nöqtə xəstəliyinin inkişafını sürətləndirir. Bu xəstəliyin olmaması və iləriləməməsi üçün siqaretdən uzaq durmaq lazımdır. Əks təqdirdə kor ola bilərsiz.

Xüsusən, 60 yaşdan sonra ortaya çıxan gözlərdəki sarı nöqtə xəstəliyinin ən böyük səbəbi siqaret istifadəsidir. Siqaret bu xəstəliyə yoluxma riskini 2-4 dəfə artırır. Əgər bu xəstəlik genetikdirsə, siqaret istifadəsi xəstəliyin riskini daha çox artırır.

Sarı nöqtə xəstəliyi əşyaları, xətləri əyri və qırıq görmək, rəngləri seçməkdə çətinliklər kimi əlamətlərlə özünü büruzə verir. Siqaret torlu qişanı qoruyan vacib antioksidan olan luteinin ifrazını azaltdığı üçün siqaret istifadə edənlərdə luteinin səviyyəsi aşağı olur və sarı nöqtə xəstəliyinin riski çox yüksək olur.
1634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP