Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Ruslar ukraynalı hərbçiləri yaralayıblar

Ukrayna ordusu Rusiya hərbi kontingenti ilə qarşıdurmada ilk itkilərini verib. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Sevastopolda yerləşən taktiki aviasiya briqadasının iki zabitini yaralayıblar. Aviasiya briqadasında növbə çəkən zabitlər əraziyə yaxınlaşan naməlum şəxslərə xəbərdaredici atəş açıblar. Rusiya hərbçiləri Ukrayna zabitlərinə işıq və səs bombaları atıblar. Nəticədə briqadanın qərargah rəisinin müavini yaralanıb və huşunu itirib. Daha bir zabit isə xəsarət alıb. Hazırda aviasiya briqadasının silah anbarı hərbi hissənin ştampı ilə möhürlənib, Ukrayna və Rusiya hərbçilərinin birgə nəzarətindədir.
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
14.01.17, 11:44