Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Nemət Pənahlı ailə üzvləri ilə görüşüb

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı martın 3-də deyib ki, görüş fevralın 28-də olub: “Uşaqları da özümlə aparmışdım. Nemətin səhhəti, əhvalı çox pisdir. Şəkəri ona əvvəlkindən artıq əziyyət verir. Bu dəfə həbsxanada yemək qəbulu vaxtı olduğu üçün apardığım ərzaqları götürməkdə problemi olmadı. Sadəcə 3 saat qapıda gözlətdikdən sonra içəri buraxdılar. Çöldə gözləməkdən uşaqlar da xəstələnib. Niyə gec buraxdıqları ilə bağlı hər hansı açıqlama vermədilər”.

52 yaşlı Nemət Pənahlı 6 övlad atasıdır. O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib./mediaforum/
1167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber