Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Polislərlə "Sovetski" sakinləri arasında toqquşma oldu - Foto

"Sovetski" sakinlərinin aksiyası sona çatan ərəfədə  gözlənilməz hadisə baş verib.

Belə ki, "Sovetski" sakinləri evlərinə dağılışarkən polislər onlara hücum edərək, daha bir neçə nəfəri həbs ediblər. 

"Sovetski" sakinləri həbs edilən şəxslərin azad edilməsi üçün polislərə etiraz ediblər və onların aparılmasına cəhd göstərilən maşının qarşısını kəsməyə çalışıblar. 

Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Polislər sakinlərə qarşı zor tətbiq edib.

Dəqiqləşdirlimımiş məlumata görə, zorakılığa məruz qalanlar arasında mətbuat nümayəndələri də var. Bir jurnalistin videokamerasının sındırıldığı iddia olunur. 

Məlumata görə, ətraf küçələr tam şəkildə polis nəzarati altına alınıb.

Digər bir mənbə isə bildirir ki, polisin reaksiyasına səbəb bəzi sakinlərin 173 saylı məktəbin yaxınlığındakı yolu kəsmək cəhdləri olub. Bu cəhdlərin qarşısı alınarkən polislə əhali arasında qısamüddətli toqquşma baş verib./musavat/


1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı