Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Gün ərzində 72 cinayət faktı qeydə alındı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınıb ki, onların da 24-ü “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidməti bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber