Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Vəhabilər kütləvi şəkildə işdən çıxarılır

Vəhabi təriqətinə qulluq edən insanların kütləvi şəkildə iş yerlərindən azad olunmasına başlanılıb.

Bu barədə neft şirkətlərinin birində çalışan özəl mənbədən xəbər daxil olub. Xəbərdə bildirilir ki, proses ilk olaraq xarici neft şirkətlərindən başlayıb. Belə ki, özəl və dövlət neft şirkətində mühafizə xidməti göstərən “Titan Securety Servis” şirkəti vəhabi təriqətinə mənsub olan mühafizəçilərini işdən azad edib:

“Vəhabilərə bir zərbə də bizim şirkətdən gəldi. “Ya işdən çıxın, ya təriqətdən”, - dedilər. Onlar da “təriqətdən çıxmağımız çətin və təhlükəlidir”, - dedilər və şirkət rəhbərliyi də hamısını işdən çıxartdı”.

Xəbərdə qeyd olunur ki, artıq 15 nəfər işdən çıxarılıb. Məlumata görə, hakimiyyətə alternativ model təklif edən bu təriqət daşıyıcılarının normal yerdə çalışması maliyələşmələrinə yaranan imkan kimi dəyərləndirildiyindən, bu addımın atılması vacib sayılıb./axar/
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP