Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Rəşad Ramazanovun xanımı: “Əhvalı bir qədər yaxşılaşıb”

Dini fəal, bloqçu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova onunla görüşüb. Könül İsmayılova bildirib ki, görüş əsasən yoxlama məqsədi güdüb: “Çünki Rəşad karantində idi. Nə zəng edirdi, nə də xəbər ala bilirdik. Nigaran idik. Amma 2 saylı Cəzaçəkmə Müəssisəsinə getdiyimiz gün onu buraxmışdılar. Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra əhvalı bir qədər yaxşılaşıb”.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Bloqçu ötən ay Bakı İstintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb./mediaforum/
1452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı