Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

Elmarın atası xəstədir

Mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov xəstədir. O, Elmar Hüseynovun ölümünün 9-cu ildönümündə oğlunun məzarının ziyarətində buna görə iştirak edə bilməyib.

Elmar Hüseynovun qardaşı Elşad Hüseynov martın 3-də “Media forum” saytına deyib ki, atası evdə müalicə olunur: “Atamın yaşı səksəni keçib. Yüksək təzyiqi var. Səhhəti ağırlaşdığından martın 2-də Elmarın qəbrini də ziyarət edə bilmədi. Doğrusu, buna bir az da mən mane oldum. Bilirəm ki, ora gedib-gələndən sonra vəziyyəti daha da pisləşəcək, təzyiqi daha da qalxacaq. Ona görə özüm məzarı ziyarətə getsəm də, atamın getməsinə razılaşmadım. Hətta razılaşsaydım da, bilmirəm gedə biləcəkdi, ya yox. Yəqin ki, gedə də bilməzdi, çünki vəziyyəti pisdir.

Qəbir üstünə Elmarın dostları, media nümayəndələri gəlmişdilər. Elmarın məzarını ziyarət edəndən sonra onun öldürüldüyü binanın önündə də olduq, xatirəsini andıq”.

Elşad Hüseynov qardaşının ölkədən mühacirət etmiş ailəsi ilə əlaqələrinin olmadığını deyib.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan Elmar Hüseynov daha sonra “Monitor” jurnalını təsis edib. Jurnal əvvəl ayda bir dəfə, sonra həftədə bir dəfə nəşr olunub.

Elmar Hüseynov 2005-ci ildə Bakıda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu